Bakıda intihar edən məktəbli qızlar dəfn edildi
Bizi izləyin

Hadisə

Bakıda intihar edən məktəbli qızlar dəfn edildi

Dünən Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən doqquzmərtəbəli binanın damından özlərini ataraq intihar edən 2 məktəbli qız dəfn edilib.

Publika.az xəbər verir ki, Abşeron rayonu Ənvər İbrahimov adına Qobu qəsəbə 2№-li tam orta məktəbin şagirdi olan 2005-ci il təvəllüdlü Quliyeva Mətanət Elşən qızı və 2004-cü il təvəllüdlü Səmədova Əfruz Rafiq qızı Abbşeron rayonu Qobu qəsəbə qəbiristanlığında dəfn edilib.

Onların ikisinin də ailəsi Qobuda yaşayır.

Qeyd edək ki, ilkin araşdırmalar nəticəsində məlum olub ki, qızlar dünən keçirilən onlayn dərsdə iştirak etməyib. Onlar Lökbatan qəsəbəsinə repititor yanına gediblər. Belə ki, sinif yoldaşı olan qızlar ingilis dili hazırlığına getmək adı ilə ötən gün evdən çıxıblar. Bir neçə saat sonra isə onların bir yerdə özlərini binanın damından ataraq intihar etdiyi məlum olub.

Şagirdlərin sinif rəhbəri Səmayə Hüseynova Publika.az-a açıqlamasında onların sonuncu dəfə ötən həftənin 5-ci günü dərslərdə iştirak etdiyini bildirib: "Hər ikisi yaxşı oxuyan şagirdlərdən idi. Əfruz məktəbimizin rəssamı idi, Mətanət də 4-5 qiymətlərlə oxuyurdu. Biz onlarda hər hansı çılğınlıq, qeyri-adi davranış hiss etməmişik. Çox tərbiyəli ailələrin övladlarıdırlar. Bizə də çox müəmmalı qalıb bu hadisə, hamımız şokdayıq".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm