Bakıda sürüşkən yolda BMW aşdı - ÖLƏN VƏ YARALANANLAR VAR
Bizi izləyin

Hadisə

Bakıda sürüşkən yolda BMW aşdı - ÖLƏN VƏ YARALANANLAR VAR

Ötən gecə Bakıda ağır yol qəzası baş verib.

Publika.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonunda “BMW” markalı minik avtomobilinin aşması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan 1 nəfəri və 1994-cü il təvəllüdlü Mədətov Şahin Gülverdi oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Araşdırma aparılır.

Qeyd edək ki, dünəndən etibarən müşahidə edilən yağışlı-qarlı hava şəraiti yollarda sürüşkənliyi artırıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm