Bakıdakı yanğın söndürüldü - ÖLƏN VAR - (YENİLƏNDİ)
Bizi izləyin

Hadisə

Bakıdakı yanğın söndürüldü - ÖLƏN VAR - (YENİLƏNDİ)

Bakıda fərdi yaşayış evində yanğın söndürülüb.

Fövqəladə Hallar Nazirliyindən Publika.az-a verilən məlumata görə, paytaxtın Suraxanı rayonunun Hövsan qəsəbəsində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***

21:13

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində birmərtəbəli fərdi yaşayış evində yanğın olması barədə məlumat daxil olub.

FHN-dən Publika.az-a verilən məlumata görə, Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi əraziyə cəlb olunub. İlkin məlumata əsasən, yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin meyiti aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm