Azərbaycanda meyiti tapılan 45 yaşlı məktəb direktorunun FOTOSU - TƏFƏRRÜAT/VİDEO
Bizi izləyin

Hadisə

Azərbaycanda meyiti tapılan 45 yaşlı məktəb direktorunun FOTOSU - TƏFƏRRÜAT/VİDEO

Video əlavə olunub.

xxx

Bu gün Xaçmaz şəhərində rayonun Alıcıqışlaq kənd orta məktəbinin direktoru 1976-cı il təvəllüdlü Hacıyeva Ülkər Vəliyyəddin qızının meyitinin tapılması hadisəsi ilə bağlı bəzi təfərrüatlar üzə çıxıb.

Publika.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, Ü.Hacıyeva Xaçmaz şəhəri Heydər Əliyev prospektində yerləşən həyət evində tənha yaşayıb. Ailə həyatı qurmayan müəllimə bir müddət əvvəl aldığı evdə tənha yaşamağa başlayıb.

Hadisəyə gəlincə, ilkin araşdırmalar zamanı Ü.Hacıyevanın ötən gün vəfat etdiyi müəyyənləşib. Belə ki, o, hamam otağında olarkən su qızdırıcısından sızan dəm qazından boğulub. Daha sonra su qızdırıcısı fasiləsiz işləməsi və otağa dolan qaz səbəbindən partlayıb. Müəllimənin ölümündən bu gün səhər saatlarında xəbər tutmaq mümkün olub. Belə ki, hər gün Xaçmaz şəhərindən Alıcıqışlaq kənd orta məktəbinə işə gedən bir qrup müəllimə onları kəndə aparan taksi ilə həmin evə gəliblər. Ü.Hacıyevanın qapını açmamasından və zənglərə cavab verməməsindən narahat olan iş yoldaşları dərhal polisə zəng ediblər və əraziyə xilasedicilər göndərilib. Evin həyətindəki hamam otağına daxil olarkən 45 yaşlı qadının artıq keçindiyi məlum olub.

Faktla bağlı araşdırmalar dvam etdirilir.

Muxtar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm