Vilayət Quliyevin vəfat edən qızının “TEDx” çıxışı - VİDEO
Bizi izləyin

Hadisə

Vilayət Quliyevin vəfat edən qızının “TEDx” çıxışı - VİDEO

Azərbaycanın sabiq xarici işlər naziri, hazırda Macarıstandakı fövqəladə və səlahiyyətli səfir olan Vilayət Quliyevin qızı Humay Quliyevanın gənc yaşda vəfat etməsi onu tanıyanları və ölkə ictimaiyyətini məyus edib. H. Quliyeva ölkənin sosial-ictimai həyatında aktiv fəaliyyət göstərib, bir çox beynəlxalq layihələrdə iştirak edib, bilik və bacarıqlarını gənclərlə bölüşüb.

Publika.az xəbər verir ki, H.Quliyeva Kolumbia Universitetində İqtisadi və Siyasi inkişaf üzrə magistr, Bilkent Universitetində bakalavr təhsili alıb. Dünya Bankının Vaşinqtondakı baş ofisində iki il çalışıb. Yazıları "Financial Times"-da dərc olunub. O, Azərbaycanda Mərkəzi Bankda və BP kimi kommersiya şirkətlərində işləsə də, həyatının son illərini humanitar təşkilatlarda ictimai fəaliyyətə həsr edib. Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşı kimi dünyada müharibələrin və münaqişələrin baş verdiyi ölkələrdə mülki əhaliyə yardımlar etmək üçün çalışıb. 2015-ci ildə Ukraynada humanitar missiyanın ilk nümayəndələrindən olub. Daha sonra Mərkəzi Afrika ölkəsində təşkilatın əməkdaşı kimi fəaliyyət göstərib.

H.Quliyevanın 2013-cü ildə “TEDx” platformasında “Cəsarətin vacibliyi” mövzusunda etdiyi çıxışın videosunu təqdim edirik:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm