2 meyit tapıldı, 3 nəfər xilas edildi - FHN MƏLUMAT YAYDI
Bizi izləyin

Hadisə

2 meyit tapıldı, 3 nəfər xilas edildi - FHN MƏLUMAT YAYDI

Ötən gün ölkə ərazisində 8 yanğın hadisəsi baş verib.

Bu barədə Publika.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 8 yanğına çıxış və 4 halda köməksiz vəziyyətdə qalma faktları üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib. Ümumilikdə, ötən sutka ərzində 3 nəfər xilas edilib, 2 nəfərin meyiti aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm