Bakıda estetik mərkəzdə işləyən 35 yaşlı qadının DƏHŞƏTLİ ÖLÜMÜ - TƏFƏRRÜAT
Bizi izləyin

Hadisə

Bakıda estetik mərkəzdə işləyən 35 yaşlı qadının DƏHŞƏTLİ ÖLÜMÜ - TƏFƏRRÜAT

Ötən gün axşam saatlarında Bakı şəhərinin Binəqədi rayonunda bağlı qapı arxasında qalmış 35 yaşlı qadının meyitinin tapılması barədə xəbər vermişdik.

Publika.az xəbər verir ki, meyiti tapılan Züleyxa İsayeva estetik mərkəzdə çalışırmış və 2 uşaq anası imiş.

İlkin araşdırmalardan sonra qadının dəm qazından boğulduğu məlum olub.

Belə ki, ötən gün Binəqədi rayonu 6-cı mikrorayon Svetlana Məmmədova küçəsindəki evin hamam otağına daxil olan Z.İsayevanın yaxınları onun gec qayıtmasından narahat olublar. Daha sonra evə xilasedicilər dəvət edilib. Qapının sındırılaraq açılmasından sonra qadının dəm qazından boğularaq ölməsi məlum olub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Muxtar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm