• USD 1,7000 0,00% EUR 2,0722 0,00%
    • GBP 2,4112 0,00% RUB 0,0237 0,00%

Polis Sumqayıtda əməliyyat keçirdi, həbs olunanlar var

  • Hadisə
  • 23 Mart 2021 00:15
  • 641 Baxış
Polis Sumqayıtda əməliyyat keçirdi, həbs olunanlar var

Sumqayıt şəhərində oğurluq edən şəxslərin tutulması üçün əməliyyat keçirilib.

Publika.az xəbər verir ki, Sumqayıt şəhər Polis İdarəsinin 1-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər ərazisindəki evlərin birindən 2800 manat dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinən şəhər sakinləri F.Abbasov, A.Canəliyev və N.Bayraməliyev saxlanılıblar.

A.Canəliyevin ətrafında aparılan əməliyyat tədbirləri ilə onun həmyerlisi, əvvəllər məhkum olunmuş R.Həsənovla birgə avtoyuma məntəqələrinin birindən 600 manat dəyərində tozsoran və kompressor, R.Həsənovun tədris mərkəzlərinin birindən kompyuter, printer, modem və həmyerlisi, əvvəllər məhkum olunmuş K.Səfərəliyevlə birgə internet klubların birindən 18 ədəd oyun aparatı, 30 ədəd pult, 10 ədəd disk, K.Səfərəliyevin isə “Mercedes” markalı bir avtomobildən maqnitofon və monitor oğurlaması müəyyən edilib.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR