Kürdəmirdə dəhşətli hadisə - ÖLƏN VƏ YARALANANLAR VAR
Bizi izləyin

Hadisə

Kürdəmirdə dəhşətli hadisə - ÖLƏN VƏ YARALANANLAR VAR

Bakı-Qazax magistral yolunun Kürdəmirdən keçən hissəsində ağır ağır yol-nəqliyyat hadisəsi baş verib.

Publika.az xəbər verir ki, magistralın Sığırlı kəndindən keçən hissəsində Ağsu rayon sakini, 1993-cü il təvəllüdlü Cəfərov Səbuhi Mehman oğlu idarə etdiyi “VAZ 2106” markalı avtomobil idarəetmədən çıxaraq yolun sağındakı su kanalına aşıb.

Hadisə zamanı sürücünün anası, 1965-ci il təvəllüdlü Cəfərova İrayə Cəfər qızı hadisə yerində ölüb.

Digər sərnişinlər - Ağsu rayon sakinləri Cəfərova Mehriban Rəhman qızı, Qasımova Sona Rəhman qızı, Qasımov Pünhan Mənsur oğlu və Qasımova Zəhra Mənsur qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm