Azərbaycanda 16 yaşlı oğlan dayısını öldürdü - YENİLƏNDİ
Bizi izləyin

Hadisə

Azərbaycanda 16 yaşlı oğlan dayısını öldürdü - YENİLƏNDİ

Aprelin 2-də saat 13 radələrində Biləsuvar şəhər sakini 1977-ci il təvəllüdlü Hüseynov Vüqar Haxverən oğlunun yaşadığı evdə bıçaqlanaraq öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.
Biləsuvar rayon prokurorluğundan Publika.az-a verilən məlumata görə, cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirili, digər prosessual hərəkətlər yerinə yetirilib.
Aparılmış ilkin araşdırmalarla zərərçəkmiş şəxsin bacısı oğlu 2005-ci il təvəllüdlü Qubadlı Röyal Şahin oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Vüqar Hüseynovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Biləsuvar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Röyal Qubadlı şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

****

14:54

Biləsuvar rayonunda qətl hadisəsi baş verib.

Publika.az Report-a istinadən xəbər verir ki, hadisə Biləsuvar şəhəri ərazisində yerləşən yaşayış massivində qeydə alınıb.

Belə ki, rayon sakini Qubadov Röyal Şahin oğlu dayısı Həsənli İlqar Haqverən oğlunu bıçaqlayıb.

İ.Həsənli Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm