Xırdalan sakini evində özünü asdı
Bizi izləyin

Hadisə

Xırdalan sakini evində özünü asdı

Abşeron rayonunun Xırdalan şəhərində intihar hadisəsi qeydə alınıb.

Publika.az xəbər verir ki, Xırdalan şəhər sakini, 1990-cı il təvəllüdlü Elçin Rizvan oğlu Qəmxari intihar edib.

31 yaşlı kişi hələlik məlum olmayan səbəbdən yaşadığı evdə özünü asıb.

Hadisə yeri hüquq mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub.

E. Qəmxarinin meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Bürosunun müvafiq şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm