Qəbələdə avtomobil çaya aşdı, xəsarət alan var - FOTO
Bizi izləyin

Hadisə

Qəbələdə avtomobil çaya aşdı, xəsarət alan var - FOTO

Qəbələ rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Publika.az xəbər verir ki, hadisə günorta saatlarında şəhər ərazisində qeydə alınıb.

Sürücü Elnur İsgəndərovun sükanı arxasında olduğu "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq, əvvəlcə yol kənarındakı beton maneəyə çırpılıb, sonra isə Dəmiraparan çayına düşüb. E. İsgəndərov qəza nəticəsində müxtəlif dərəcəli xəsarətlər alıb. O, Qəbələ Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm