Oğlunun itkisinə dözə bilməyən ata İNTİHAR ETDİ - (YENİLƏNDİ)
Bizi izləyin

Hadisə

Oğlunun itkisinə dözə bilməyən ata İNTİHAR ETDİ - (YENİLƏNDİ)

Bu gün səhər saatlarında Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətində İdarəetmə mərkəzinin Kür çayının Sabirabad rayonu, Cavad kəndi ərazisinə keçən hissəsində bir nəfərin batması barəsində məlumat daxil olub.

Publika.az xəbər verir ki, həmin şəxsin batdığı yerdə axtarışlar aparan FHN-nin kiçik həcmli gəmilərə nəzarət və Sularda Xilasetmə Dövtlət Xidmətinin dalğıc axtarış qrupları axtarışlara cəlb olunub.

Saat 16:30-da həmin şəxsin meyidi batdığı yerdən 10 metr kənarda, sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Hadisə yerinə cəlb olunan hüquq-mühafizə orqanlarının suda batan şəxsin Əsədli kənd sakini 1950-ci il təvəllüdlü Abbasov İsfəndiyar Əli oğlunu müəyyən edib.

O intihar etməzdən əvvəl məktub yazıb.

Həmin məktubda bildirib ki, bir il əvvəl itkin düşən Ziya Abbasovun yoxluğuna dözə bilmədiyi üçün bu addımı atıb.

xxx

13:27

Sabirabad rayon sakini Kür çayında batıb.

Publika.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Kür çayının Sabirabad rayonu, Cavad kəndi ərazisindən keçən hissəsində 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) batması barədə məlumat daxil olub.

Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm