• USD 1,7000 0,00% EUR 2,0439 -0,15%
    • GBP 2,3648 +0,22% RUB 0,0227 +0,44%

Qubada 3 gün əvvəl ölən şəxsin evi yandı - FOTO/VİDEO

Qubada 3 gün əvvəl ölən şəxsin evi yandı - FOTO/VİDEO

Quba rayonunda bir neçə gün əvvəl ölən şəxsin evi yanıb.

Hadisə Qorxmazoba kəndində qeydə alınıb.

Belə ki, bugünlərdə dünyasını dəyişmiş 1961-ci il təvəllüdlü Eynulla Seyfulla oğlu Kərimova məxsus 9 otaqlı ikimərtəbəli ev və yardımçı tikililərin bir qismi gecə saatlarında tamamilə yanaraq kül olub. Yanğın zamanı xəsarət alan olmayıb, lakin evin bütün əşyaları yanaraq kül olub.

‌Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Quba rayon Dövlət yanğından mühafizə hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub, yanğın söndürülüb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Eynulla Kərimov aprelin 15-də vəfat edib. Hazırda 3 nəfərdən ibarət ailə üzvləri üçün yaşayış yeri yoxdur. (report)

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
1xBet