Şəhidimiz dəfn olundu - FOTO (YENİLƏNDİ)
Bizi izləyin

Hadisə

Şəhidimiz dəfn olundu - FOTO (YENİLƏNDİ)

Azərbaycan Ordusunun Vətən müharibəsində ağır yaralanaraq 6 aydır koma vəziyyətində qalan və bu gün şəhidn olan hərbi qulluqçusu Nurlan Fərrux oğlu Əbilovun cənazəsi doğulduğu Masallı rayonunun Ağakişibəyli kəndinə gətirilib.

Vida mərasimində rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri və şəhidin yaxınları iştirak ediblər.

O, doğulduğu Ağakişibəyli kəndində torpağa tapşırılıb.

Qeyd edək ki, 1994-cü il avqustun 4-də Masallı rayonun Ağakişibəyli kəndində anadan olan N.Əbilov Vətən müharibəsinin ilk günlərindən ordu sıralarına qatılıb. O, oktyabrın 8-də Füzuli rayonu uğrunda gedən döyüşlərdə başından ağır yaralanıb və Silahlı Qüvvələrin Baş Klinik Hospitalında müalicə alıb.

N.Əbilovun 3 və 5 yaşlarında iki oğlu yadigar qalıb.

Allah rəhmət eləsin! (report)

xxx

Azərbaycan Ordusunun Vətən müharibəsində yaralanıb, 6 ay komada qalan hərbi qulluqçusu Nurlan Əbilov şəhid olub.

Publika.az xəbər verir ki, bu barədə “Report”a Masallı Rayon icra Hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, rayonun Ağakişibəyli kəndindən olan 1994-cü il təvəllüdlü N.Əbilov bu gün səhər saatlarında şəhidlik zirvəsinə ucalıb.

O, doğulduğu Masallı rayonunda torpağa tapşırılacaq.

Allah rəhmət eləsin!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm