Sumqayıtda bədbəxt hadisə zamanı yanan gənc Bakıya gətirildi - VİDEO - (YENİLƏNDİ)
Bizi izləyin

Hadisə

Sumqayıtda bədbəxt hadisə zamanı yanan gənc Bakıya gətirildi - VİDEO - (YENİLƏNDİ)

Sumqayıt şəhər 22-ci məhəllədə yerləşən yataqxanada güclü partlayış baş verib. Mənzillərin birində qeydə alınan hadisə zamanı 17 yaşlı gənc ağır yanıq xəsarətləri alıb.

Bu barədə Publika.az-a Sumqayıt Şəhər Polis İdarəsindən bildirilib.

Ağır yanıq xəsarətləri alan Emral Xasıyev qonşuların köməkliyi ilə əvvəlcə Sumqayıt şəhər Təcili Tibbi Yardım xəstəxanasına çatdırılsa da, onun vəziyyəti ağır olduğundan dərhal 5 saylı Bakı şəhər Klinik Xəstəxanasının Yanıq şöbəsinə göndərilib. Zərərçəkmiş Ülviyyə Xasıyeva deyir ki, bədbəxt hadisə baş verən an oğlu hamamda olub.

Hadisə şahidlərinin bildirdiyinə görə, 2 saylı yataqxananın birinci mərtəbəsində yalnız bir hamam var. Partlayış o qədər güclü olub ki, hamama bitişik digər otağın da divarı dağılıb.

Hadisə yerinə FHN-nin əməkdaşları baxış keçiriblər. Faktla bağlı araşdırma aparılır.

xxx

19:48 - 19.04.2021

Sumqayıt şəhəri 22-ci məhəllədə yerləşən yataqxanada güclü partlayış olub. Mənzillərin birində qeydə alınan hadisə zamanı 17 yaşlı gənc ağır yanıq xəsarətləri alıb.

Publika.az xəbər verir ki, ağır yanıq xəsarətləri alan Emral Xasiyev qonşuların köməkliyi ilə əvvəlcə Sumqayıt şəhər Təcili Tibbi Yardım xəstəxanasına çatdırılsa da, onun vəziyyəti ağır olduğundan dərhal Bakı şəhər 5 saylı yanıq mərkəzinə göndərilib. Zərərçəkmiş Ülviyyə Xasiyeva deyir ki, bədbəxt hadisə baş verən an oğlu hamamda imiş.

Hadisə şahidləri deyir ki, 2 saylı Yataqxananın birinci mərtəbəsində yalnız bir hamam var. Partlayış o qədər güclü olub ki, hamama bitişik digər otağın divarı da dağılıb.

Hadisə yerinə FHN-nin əməkdaşları baxış keçiriblər. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, 22-ci məhəllə ərazisində yerləşən 2 saylı yataqxana 60 il bundan öncə tikilib. Hazırda həmin qəzalı vəziyyətdə olan yataqxanada 210 sakin yaşayır.

Daha ətraflı Baku TV-nin süjetində:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm