Bakının mərkəzində 25 yaşlı qız binanın damında niyə öldü? - ŞOK TƏFƏRRÜAT/VİDEO
Bizi izləyin

Hadisə

Bakının mərkəzində 25 yaşlı qız binanın damında niyə öldü? - ŞOK TƏFƏRRÜAT/VİDEO

Video əlavə olunub.

xxx

Ötən gecə Bakı şəhəri Nəsimi rayonu ərazisində 25 yaşlı qızın meyitinin beşmərtəbəli binanın damında tapılması hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Publika.az-a hüquq-mühafizə orqanlarına bildirilib ki, hadisə barədə ilk olaraq polisə məlumat daxil olub. Polis əməkdaşları Rəşid Behbudov küçəsindəki ünvanı yoxlayarkən 25 yaşlı Ceyhunə Həsənovanın (ad-soyad şərtidir) orada öldüyünü müəyyənləşdiriblər və meyitin götürülərək endirilməsi üçün Fövqəladə Hallar Nazirliyinə müraciət edilib. Dərhal əraziyə cəlb edilən Xüsusi Riskli Xilasetmə Xidmətinin qrupu meyiti tamdan endirib.

İlkin araşdırmalar nəticəsində C.Həsənovanın Rəşid Behbudov küçəsindəki binanın damında narkotik vasitənin təsirindən ölməsi müəyyən edilib. Faktla bağlı dərhal araşdırmalara başlanılıb. Onun hansı şəraitdə ölməsi, yanında kimlərin olması, anrkotik vasitəni necə əldə etməsi və sair araşdırılır.

Muxtar

*****

Bakıda binanın damında 25 yaşlı qızın meyiti tapılıb.

Publika.az-ın Fövqaladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nəsimi rayonunda binanın damında aşkarlanmış 1 nəfərin meyitinin götürülməsinə köməklik göstərilməsi üçün müraciət daxil olub.

Müraciətlə əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri göstərilən ünvana cəlb olunub.

Görülən tədbirlər nəticəsində 1996-cı il təvəllüdlü Həsənova Ceyhunənin (ad-soyad şərtidir) meyiti beşmərtəbəli yaşayış binasının damından götürülüb və aidiyyəti üzrə təhvil verilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm