DİN Bakıda 2 nəfərin ölüb, 3 nəfərin yaralandığı hadisə barədə məlumat yaydı
Bizi izləyin

Hadisə

DİN Bakıda 2 nəfərin ölüb, 3 nəfərin yaralandığı hadisə barədə məlumat yaydı

Daxili İşlər Nazirliyi ötən gecə Bakıda baş vermiş dəhşətli yol qəzası ilə bağlı məlumat yayıb.

Publika.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, aprelin 23-də saat 2 radələrində Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsi ərazisində Bakı şəhər sakini N.Nəbiyevin idarə etdiyi “BMW” və Kəlbəcər rayon sakini Rövşən Quliyevin idarə etdiyi “VAZ-21011” markalı avtomobillər toqquşub. Nəticədə R.Quliyev və sərnişini Mərifət Məmmədova hadisə yerində ölüb, digər sürücü və 2 sərnişininə xəstəxanada ilkin tibbi yardım göstərilib.

Suraxanı RPİ tərəfindən araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm