Tovuzda torpaq sürüşməsi: Kənd yolu qismən bağlandı - FOTO
Bizi izləyin

Hadisə

Tovuzda torpaq sürüşməsi: Kənd yolu qismən bağlandı - FOTO

Havaların yağıntılı olması Tovuzun Qaralar kəndində torpaq sürüşməsinə səbəb olub.

Publika.az xəbər verir ki, Tovuz rayon Qaralar kəndinin dağlıq ərazisində torpaq sürüşməsi olub. Nəticədə iri qaya parçaları və torpaq kütləsi kənd yoluna tökülüb. Bu səbəbdən gediş-gəlişdə qismən çətinlik yaranıb. Hazırda yaranmış fəsadın aradan qaldırılması istiqamətində işlər aparılır.

Qeyd edək ki, son günlər bölgədə yağıntılı hava şəraiti müşahidə olunur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm