• USD 1,7000 0,00% EUR 2,0722 0,00%
    • GBP 2,4112 0,00% RUB 0,0237 0,00%

Sərnişinləri avtobusun yük yerində daşıyan şəxs CƏZALANDIRILDI

Sərnişinləri avtobusun yük yerində daşıyan şəxs CƏZALANDIRILDI

Sosial şəbəkələrdə Zaqatalada sərnişinlərin avtobusun yük yerində daşınması ilə bağlı görüntülər yayılıb.

Publika.az xəbər verir ki, məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov açıqlama vcrib.

O bildirib ki, sosial şəbəkələrdə yayılan görüntülər Zaqatala Rayon Polis Şöbəsində araşdırılıb:

“Araşdırma nəticəsində həmin mikroavtobusu rayon sakini Hafiz Musayevin idarə etdiyi müəyyən edilib. Sürücü H.Musayev sərnişindaşıma və xüsusi karantin rejimi qaydalarını pozduğu üçün barəsində İnzibati Xətalar Məcəlləsinin 327.2 və 211.1-ci maddələri ilə protokol tərtib olunub”.

Qeyd edək ki, həftə sonları ictimai nəqliyyatın hərəkəti dayandırılmasına baxmayaraq, sürücü xüsusi karantin rejimi qaydalarını pozaraq, şənbə günü fəaliyyət göstərib. / Oxu.az

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR