Bakıda kran aşdı - Ölən və yaralanan var (YENİLƏNDİ)
Bizi izləyin

Hadisə

Bakıda kran aşdı - Ölən və yaralanan var (YENİLƏNDİ)

Bakının Səbail rayonu ərazisində çoxmərtəbəli binanın tikintisində baş vermiş hadisə nəticəsində xəsarət alan bir nəfər 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Publika.az-a bu barədə Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından məlumat verilib. Məlumatda bildirilir ki, Səbail rayonunda baş verən hadisə nəticəsində 1 nəfər hadisə yerində dünyasını dəyişib, 1 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə 3 saylı kliniki şəhər xəstəxanasına çatdırılıb.

***

Bakıda tikintidə yükqaldırıcı qurğunun qırılması nəticəsində faciə baş verib.

Publika.az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Səbail rayonu, Neftçi Qurban küçəsi 29 ünvanında baş verib. Çoxmərtəbəli binanın tikintisi zamanı ərazidə yuxarı mərtəbəyə yük qaldıran qurğunun trosu qırılıb. Hadisə nəticəsində qurğuda olan fəhlələrdən bir nəfər ölüb, bir nəfər isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm