Hadisə
FHN birinci rübün yekunlarını açıqladı
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti respublika ərazisində 2020-ci və 2021-ci illərin I rübü ərzində təhqiqatı aparılmış yanğınların statistik göstəricilərinin müqayisəli təhlilini aparıb.
Publika.az xəbər verir ki, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən mütəmadi olaraq müəssisə və təşkilatlarda həyata keçirilən nəzarət, o cümlədən əhali ilə aparılan maarifləndirmə tədbirlərinin nəticəsi olaraq, yanğın hadisələrinin göstəricilərinin dinamikasında azalmaya nail olunub. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə yanğınların ümumi sayında 108, insan tələfatı 3, yaşayış sektorunun payına düşən yanğınlarda 109, ticarət obyektlərində 2, meşə sahələrində 1, nəqliyyat vasitələrində baş vermiş yanğınların sayında 9 fakt azalma, yanğın hadisələrindən dövlət, bələdiyyə və xüsusi mülkiyyətə dəyən maddi ziyanın məbləğində isə 116000 manat (2%) azalma qeydə alınıb.
Yanğınların profilaktikası istiqamətində Xidmət tərəfindən səlahiyyətləri çərçivəsində zəruri tədbirlər davam etdirilir.
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB19 Aprel 21:50
95 yaşlı diplomat öldü