Sərxoş halda piyadanı öldürən polis əməkdaşı həbs edildi
Bizi izləyin

Hadisə

Sərxoş halda piyadanı öldürən polis əməkdaşı həbs edildi

Gəncə Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Qara Həsənovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Publika.az Report-a istinadən xəbər verir ki, hakim Xəqani Səmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Q.Həsənov 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunub və məhkəmə zalında həbs edilib.

Qeyd edək ki, yol-nəqliyyat hadisəsi 2019-cu ilin dekabr ayında Şəmkir-Düyərli yolunun 8-ci kilometrliyində qeydə alınıb.

Belə ki, rayonun Dəllər-Çırdaxan kənd sakini, 1965-ci il təvəllüdlü Həsənov Qara Abdulla oğlu sərxoş vəziyyətdə idarə etdiyi "VAZ-2107" markalı 57-BK-322 dövlət nömrə nişanlı avtomobillə yolu keçmək istəyən Düyərli kənd sakini, 1967-ci il təvəllüdlü Rüstəmov Cəmaləddin Hidayət oğlunu vuraraq hadisə yerindən qaçıb.

Piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Xatırladaq ki, Q.Həsənov hadisəni törədən zaman Şəmkir Rayon Polis Şöbəsində polis sahə rəisi vəzifəsində çalışıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm