Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi qanun pozuntusunun qarşısını aldı
Bizi izləyin

Hadisə

Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi qanun pozuntusunun qarşısını aldı

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tikintidə təhlükəsizliyin təmin olunması istiqamətində üzərinə düşən vəzifələrin icrasını davam etdirir.

Publika.az xəbər verir ki, agentliyin mütəxəssisləri tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 12 ünvanında yerləşən vətəndaşa məxsus birmərtəbəli ticarət obyektində qanunsuz olaraq tikinti-quraşdırma işlərinin aparılması müəyyən edilib. Belə ki, tikintinin aparılması üçün tələb olunan müvafiq sənədlər olmadan həmin ticarət obyektinin üstündə metal konstruksiyalardan istifadə edilməklə əlavə mərtəbənin tikintisinə başlanılıb.

Göstərilən məsələ ilə əlaqədar FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Nəsimi Rayon İcra Hakimiyyətinin həyata keçirdiyi birgə tədbirlər nəticəsində qanunsuz tikinti işləri dayandırılıb və obyekt nəzarətə götürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm