• USD 1,7000 0,00% EUR 2,0722 0,00%
    • GBP 2,4112 0,00% RUB 0,0237 0,00%

Azərbaycan sərhədçisinə bıçaqla HÜCUM EDİLDİ - FOTO

  • Hadisə
  • 5 May 2021 21:00
  • 1 528 Baxış
Azərbaycan sərhədçisinə bıçaqla HÜCUM EDİLDİ - FOTO

Dünən Yardımlı rayonunun Abbaslı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində İrandan Azərbaycan ərazisinə hərəkət edən iki naməlum şəxs dövlət sərhədini pozub.

Publika.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.

Sərhəd naryadının əmrinə tabe olmayaraq, ərazidən uzaqlaşmağa cəhd göstərən sərhəd pozucuları saxlanılıblar.

Saxlama zamanı sərhəd pozucularından biri sərhəd naryadına qarşı bıçaqla müqavimət göstərib, cinayətkar tərksilah olunarkən üz nahiyəsindən yüngül xəsarət alıb, hadisə yerində ona ilkin tibbi yardım göstərilib.

Saxlanılan şəxslərin İran vətəndaşları 1973-cü il təvəllüdlü Səidi Zeğəm Səyyad və 1983-cü il təvəllüdlü İbrahim Seyiddi Ağabala olmaları müəyyən­ləşdirilib.

Hadisə yerinə baxış zamanı sərhəd pozucularının qanunsuz yolla AR ərazisinə gətirdikləri ümumi çəkisi 3935 qram narkotik vasitəyə (3840 qram marixuana və 95 qram metamfetamin) bənzər maddələr və 17715 ədəd “Preqabalin” həbi aşkar olunaraq götürülüb.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR