• USD 1,7000 0,00% EUR 2,0390 -1,10%
    • GBP 2,3789 -0,67% RUB 0,0235 -0,43%

Bakıda minik avtomobili dəmir maneəyə çırpıldı - ÖLƏN VAR

Bakıda minik avtomobili dəmir maneəyə çırpıldı - ÖLƏN VAR

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nizami rayonunda “Ravon” markalı minik avtomobilinin yol kənarındakı dəmir maneəyə çırpılması barədə məlumat daxil olub.

Nazirlikdən Publika.az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1972-ci il təvəllüdlü Mirzəyev İnqilab Oktay oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR