Samuxda 3 otaqlı ev yandı
Bizi izləyin

Hadisə

Samuxda 3 otaqlı ev yandı

Samux rayonunda ev yanıb.

Fövqəladə Hallar Nazirliyindən Publika.az-a verilən məlumata görə, rayonun Qarabağlar kəndində ümumi sahəsi 72 m² olan birmərtəbəli 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 5 m² sahədə, 1 otağının tavanı 20 m² sahədə və ev əşyaları qismən yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm