Nərimanovda avtomobillər toqquşdu - YARALILAR VAR
Bizi izləyin

Hadisə

Nərimanovda avtomobillər toqquşdu - YARALILAR VAR

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Nərimanov rayonunda qeydə alınıb.

İki avtomobil toqquşması nəticəsində 1982-ci il təvəllüdlü Əliyev Elməddin Rəhim oğlu və digər avtomobildə olan 1983-cü il təvəllüdlü Əliyev Elkin Umud oğlu xəsarət alıblar. Yaralılar təcili tibbi yardımın köməyi ilə xəstəxanaya yerləşdirilib. Elməddin Əliyevə döş qəfəsinin əziyi, Elkin Əliyevə isə sağ mil sümüyünün sınığı diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparlır.(Report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm