İşğaldan azad olunmuş ərazilərə keçmək istəyənlər cəzalandırıldı
Bizi izləyin

Hadisə

İşğaldan azad olunmuş ərazilərə keçmək istəyənlər cəzalandırıldı

İşğaldan azad edilmiş ərazilərə keçmək istəyən şəxslər məsuliyyətə cəlb olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Publika.az-a verilən xəbərə görə, mayın 13-də polis əməkdaşlarının və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən Ağdam rayonunun işğaldan azad olunmuş kəndlərinə nəzarət postlarından kənar yollarla daxil olmağa cəhd göstərən 6 nəfər saxlanılaraq aidiyyəti üzrə Ağdam RPŞ-yə gətirilib.

Araşdırmalarla onların rayon sakinləri Natiq Əsədov, Əli Məmmədov, Elmir Quliyev, Bəylər Məmmədov, Eldar Quliyev və Elgiz Cəfərov olduqları müəyyən edilib.

Saxlanılan şəxslər barəsində protokollar tərtib edilərək hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə təqdim edilib.

Məhkəmənin qərarı ilə N.Əsədov, E.Quliyev və M.Məmmədov 15 gün müddətinə həbs, digərləri barədə isə 200 manat məbləğində inzibati tənbeh tədbiri tətbiq edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm