Göygöldə sərxoş sürücü avtomobilini aşırdı
Bizi izləyin

Hadisə

Göygöldə sərxoş sürücü avtomobilini aşırdı

Göygöl rayonunda “VAZ-21021” markalı avtomobil yoldan çıxaraq aşıb.

Publika.az xəbər verir ki, hadisə rayonunun girişində qeydə alınıb.

Hərəkətdə olan “VAZ-21021” markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarına aşıb. Qəza nəticəsində avtomobilin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

O, Gəncə şəhər 3 nömrəli Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib, vəziyyəti kafidir.

Sürücünün sərxoş olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır. / "Report"

Oxumağa davam et
Reklam
Reklam

Gündəm