Gəncədə təhlükəli anlar - Nazirlik hərəkətə keçdi
Bizi izləyin

Hadisə

Gəncədə təhlükəli anlar - Nazirlik hərəkətə keçdi

"112" qaynar telefon xəttinə Gəncə şəhərinin Kəpəz rayonunda beşmərtəbəli yaşayış binasının sonuncu mərtəbəsində daş parçasının asılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən Publika.az-a verilən məlumata görə, ərazidən keçən insanların təhlükəsizliyinin təmin olunması məqsədilə Gəncə Regional Mərkəzinin xilasediciləri çağırış ünvanına cəlb olunub.

Xilasedicilər daş parçasını müvafiq qaydada götürərək təhlükəni aradan qaldırıblar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm