Goranboyda AĞIR QƏZA: Oğul atasını öldürən sürücüdən QİSAS ALDI - (YENİLƏNDİ)
Bizi izləyin

Hadisə

Goranboyda AĞIR QƏZA: Oğul atasını öldürən sürücüdən QİSAS ALDI - (YENİLƏNDİ)

Xəbər verdiyimiz kimi Goranboy rayonunda bir nəfərin ölümü, üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Publika.az xəbər verir ki, rayonun Quşçular kəndində baş verən hadisənin təfərrüatı məlum olub.

Belə ki, Müzəffər Salmanovu “Mercedes” markalı avtomobil vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Hadisədən xəbər tutan mərhumun oğlu, 38 yaşlı Əsgər Salmanov "VAZ-2106" markalı avtomobillə atasını vuran şəxsi, Bəhruzu və onun atası, 1959-cu il təvəllüdlü Əli Nağıyevi vuraraq onlara xəsarət yetirib.

Daha sonra özü də maşınla qəzaya düşərək xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

***

22:00

Goranboy rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Publika.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayonun Quşçular kəndində baş verib.

Müzəffər Salmanov və onun 38 yaşlı oğlu Əsgər Salmanovu avtomobil vurub. Nəticədə ata hadisə yerində keçinib, oğul isə xəstəxanaya yerləşdirilib.

Hazırda Əsgər Salmanovun vəziyyəti orta ağırdır.

İlkin məlumata görə, qəza hadisəsi "Mercedes' markalı avtomobillə törədilib.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm