Füzulidə çay evi yandı
Bizi izləyin

Hadisə

Füzulidə çay evi yandı

Füzuli rayonunda çay evində yanğın olub.

Bu barədə Publika.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, rayonunun Kərimbəyli kəndində ümumi sahəsi 90 m² olan çay evi kimi fəaliyyət göstərən birmərtəbəli tikilinin yanar konstruksiyaları 50 m² sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm