Azərbaycanda polis güllələndi - (YENİLƏNDİ)
Bizi izləyin

Hadisə

Azərbaycanda polis güllələndi - (YENİLƏNDİ)

Qax rayonu ərazisində silahlı insident zamanı əlindən yaralanan polis əməkdaşının kimliyi məlum olub.

Bu, Qax Rayon Polis Şöbəsinin əməkdaşı Hacıməhəmməd Hətəmovdur.

xxx

Qax rayonunda silahlı insident baş verib.

Hadisə bu gün səhər saatlarında rayonun Çüdüllü kəndi ərazisində qeydə alınıb.

Belə ki, polis əməkdaşı əllərində ov tüfəngi olan 2 nəfəri kənd ərazisində görüb və onlara yaxınlaşıb. Bu zaman həmin şəxslərlə polis arasında mübahisə yaranıb. Daha sonra həmin şəxslər silahdan atəş açıblar. Nəticədə polis nəfəri əlindən yaralanıb. Naməlum şəxslər isə ərazidən uzaqlaşıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, hazırda polisə atəş açan şəxslərin saxlanılması üçün əməliyyat-axtarış tədbirləri həyata keçirilir. (report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm