Hadisə
Cəlilabadda su üstündə KÜTLƏVİ DAVA: yaralılar var
Cəlilabad rayonunda kütləvi dava olub.
Hadisə rayonun Alar kəndi ərazisindəki əkin sahəsində baş verib.
Belə ki, kənd sakiniləri - 1991-ci il təvəllüdlü Hüseynov Xalid Hakim oğlu və 1996-cı il təvəllüdlü Balakişiyev Salam Rizvan oğlu döyülüb.
Şahidlərin bildirdiyinə görə, hər iki şəxs əkin sahəsinə su gəlmədiyi üçün suyun mənbəyinə doğru gedib. Daha sonra X.Hüseynov və S.Balakişiyevin orada olan bir neçə şəxslə aralarında mübahisə yaranıb. Nəticədə X.Hüseynovla S.Balakişiyev döyülüb.
Yaralılar müxtəlif dərəcəli bədən xəsarətləri ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Hadisə ilə bağlı DİN-in Mətbuat xidmətinin Lənkəran regional qrupunun baş inspektoru Məhəmməd Rzayev "Report"a bildirib ki, faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində araşdırma aparılır: "Təyin edilmiş müvafiq ekspertizanın və aparılacaq araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək". (report)
-
Sosial19:35
Özünü öldürən sabiq pediatrın iş yoldaşı DANIŞDI: “Ailə məsələsi deyil..."
-
ABŞ19:25
Bayden Ukraynaya hərbi yardım haqqında qanunu İMZALADI
-
Rəsmi xronika18:40
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - FOTO/YENİLƏNDİ
-
Hadisə18:33
Bakı hava limanında həyəcan siqnalı: Təyyarə qəza enişi etdi - FOTO
-
Sağlamlıq17:27
Yapon alimləri xərçənglə mübarizə üçün unikal vasitə hazırladı
-
Sosial17:00
Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi başlandı - Yeniləndi
-
Cənubi Qafqaz16:39
Ukrayna deputatları Vardanyanı biabır etdilər - Nobel Komitəsinə müraciət
-
MDB15:56
Həbs olunan generalla bağlı şok iddia: Boşanması uydurma olub