Hadisə
FHN yanğın təhlükəsizliyini diqqət mərkəzində saxlayır - FOTO
FHN-nin Dövlət Yanğın Nəzarəti Xidmətinin Cənub regional Dövlət Yanğın Nəzarəti İdarəsi “Aqroservis” ASC-nin Cəlilabad regional nümayəndəliyinin Lənkəran-Lerik-Astara rayon bölməsində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı maarifləndirmə tədbiri keçirib.
Publika.az xəbər verir ki, tədbir dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanması və emalı dövründə yanğın hadisələrinin qarşısının alınması məqsədilə təşkil edilib.
“Dənli və texniki bitkilərin yanğın təhlükəsizliyi" mövzusunda keçirilən tədbirlərdə taxıl yığımına və ot tədarükünə hazırlıq, dənli və texniki bitkilərin yığılması, daşınması və saxlanması dövründə yanğın təhlükəsizliyi ilə əlaqədar qarşıda duran vəzifələr müzakirə olunub, izahedici stendlər nümayiş etdirilib. Tədbirdə ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları da əyani nümayiş etdirilib.
Tədbirin sonunda toplantıda iştirak edən əməkdaşlara “Dənli və texniki bitkilərin yanğın təhlükəsizliyi” mövzusunda hazırlanmış yaddaş vərəqələri paylanılıb.
-
Sosial14:51
Aprel ayından etibarən 4 günlük iş həftəsi tətbiq ediləcək
-
Hadisə14:16
Tələbə ürəktutmadan öldü - FOTO
-
Ekologiya12:05
Bakı-Şamaxı yolunda qar hərəkəti iflic etdi - VİDEO
-
Qoroskop11:12
Yeni il bu bürclərə düşərli olacaq
-
Sosial10:16
"Şokolad trendi" ilə bağlı fərqli videolar və TANINMIŞLARIN REAKSİYASI
-
Ekopublika.az10:00
Hamı evini satıb gedir: 3 otaqlı mənzillər 75 min manata...
-
Ekologiya09:33
Bakıya qar yağır - Faktiki hava
-
Hadisə09:10
Azərbaycanda evdə partlayış oldu: xəsarət alan var