Bakıda motosiklet avtomobilə çırpıldı - Xəsarət alan var
Bizi izləyin

Hadisə

Bakıda motosiklet avtomobilə çırpıldı - Xəsarət alan var

Bakıda yol qəzası baş verib.

Publika.az xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonunda qeydə alınıb.

Belə ki, motosikletlə avtomobilin toqquşması nəticəsində 1991-ci il təvəllüdlü İlkin Əsgər oğlu Ağayev xəsarət alıb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sağ ayağın və döş qəfəsinin əziyi diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm