FHN-in axtarış qrupu 15 yaşlı oğlanın meyitini tapdı - YENİLƏNDİ
Bizi izləyin

Hadisə

FHN-in axtarış qrupu 15 yaşlı oğlanın meyitini tapdı - YENİLƏNDİ

Yuxarı Qarabağ su kanalında (Mingəçevir şəhəri ərazisi) axtarış işləri yekunlaşıb.

Publika.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Axtarışları aparılan 2006-cı il təvəllüdlü Əzizov Elvin Sənan oğlunun meyiti saat 19:15 radələrində Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

xxxxx

19:58

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə 11.06.2021-ci il tarixində axşam saatlarında 1 azyaşlının (şəxsiyyəti dəqiqləşdirilir) Yuxarı Qarabağ su kanalına (Mingəçevir şəhəri ərazisi) düşməsi barədə məlumat daxil olub.

Publika.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, məlumat qəbul edildikdən dərhal sonra FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu kanala düşmüş şəxsin axtarışlarına cəlb olunub.

Əlavə məlumat veriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm