Bakıda qumbara aşkarlandı - FOTO
Bizi izləyin

Hadisə

Bakıda qumbara aşkarlandı - FOTO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində sursat aşkar edilməsi barədə məlumat daxil olub.

Publika.az FHN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, məlumat əsasında Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) müvafiq qüvvələri dərhal hadisə yerinə cəlb edilib.

Hadisə yerinə baxış keçirilərkən ərazidə 1 ədəd döyüş tətbiqinə yararlı “F-1” əl qumbarası aşkar edilib. Aşkar edilmiş sursat zərərsizləşdirilməsi üçün XRXX-nin pirotexnikləri tərəfindən ərazidən götürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm