Hadisə
Azərbaycanda DƏHŞƏTLİ YANĞIN: Ölənlər var - FOTO - (YENİLƏNDİ)
Dünən Gəncə şəhərində 4 mərtəbli binada partlayış zamanı xəsarət alan şəxslər xəstəxanada dünyasını dəyişib.
Publika.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, 59 yaşlı Ruzigar Rzayev və 40 yaşlı Mirmehdi Cabbarov aldıqları yanıq xəsarətlərindən həyatlarını itirib.
Həmin şəxslər Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından Bakı şəhərinə aparılmışdı.
Məlumat üçün bildirək ki, hadisə Gəncə şəhər Kəpəz rayonu ərazisində 4 mərtəbəli binanın dördüncü mərtəbəsində baş vermişdi. Partlayışa səbəb qaz sızması olub.
xxx
Gəncə şəhəri, H.Əliyev prospektində 4 mərtəbəli yaşayış binasının sonuncu mərtəbəsində partlayış baş verib.
Publika.az-ın bölgə müxbirinin verdiyi məlumata əsasən, hadisə H.Əliyev prospektində 4 mərtəbəli yaşayış binasının sonuncu mərtəbəsində baş verib.
Hadisə nəticəsində 1962-ci il təvəllüdlü Rzayev Rüzigar Salman oğlu, 1981-ci il təvəllüdlü Cabbarov Mehdi Mirağa oğlu və Rzayeva İradə Oktay qızı ağır yanıq xəsarətləri alıblar.
Yaralılar Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.
İlkin məlumata görə hadisə qaz sızması nəticəsində baş verib
xxx
07:56
Ötən gecə Gəncə şəhərinin Heydər Əliyev prospektində yerləşən, bina “56 A”da baş verən yanğın nəticəsində xəsarət alanların şəxsiyyəti məlum olub.
Yanğın nəticəsində 1981-ci il təvəllüdlü Cabbarov Mirmehdi Mirağa oğlu və digər mənzildə olanlar, 1968-ci il təvəllüdlü Rzayeva İradə Oktay qızı, onun həyat yoldaşı, 1962-ci il təvəllüdlü Qasımov Rüzgar Salman oğlu müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.
Onlar öncə özəl xəstəxanaya, daha sonra Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıblar.
İlkin məlumata görə, yanğın M.Cabbarovun mənzilində qeydə alınıb. Onun siqaret çəkmək istədiyi zaman partlayış baş verdiyi bildirilir.
Qonşuluqda olan ər və arvadın vəziyyəti normal, C.Cababrovun vəziyyəti isə kafi qiymətləndirilir.
-
Qoroskop00:34
Günün qoroskopu: axşam saatlarında pul gələcək...
-
İnanc00:01
Bu gün İlaxır çərşənbədir
-
Region18 Mart 22:55
Ərdoğan Putini təbrik etdi
-
MDB18 Mart 22:15
“Rusiya nüvə tərksilahına dair danışıqlara hazırdır” - Peskov
-
Magazin118 Mart 21:50
Renka qəza keçirdi - FOTO
-
Ekologiya18 Mart 20:15
Torpaq çərşənbəsində və Novruz bayramında hava belə olacaq - VİDEO
-
Nida Xəbər 18 Mart 19:30
Ordumuz bu ərazilərdə mövqelərini möhkəmləndirir - Zakir Həsənov
-
Səhiyyə18 Mart 18:40
Azərbaycanda dərmanlarla bağlı YENİ QAYDA