Göyçayda avtomobil aşdı, xəsarət alan var
Bizi izləyin

Hadisə

Göyçayda avtomobil aşdı, xəsarət alan var

Göyçayda yol qəzası baş verib.

Publika.az xəbər verir ki, hadisə Göyçay-Ucar avtomobil yolunun 17-ci kilometrliyində qeydə alınıb.

Belə ki, Amil Bədəlovun idarə etdiyi 60-BP-602 dövlət seriya nömrəli, "VAZ-2106" markalı avtomobil yoldan çıxaraq aşıb. Hadisə nəticəsində sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm