Hadisə
Daha bir məmur oğluna toy etdi - DİN təsdiqlədi
Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun birinci müavini Məmməd Alıyevin ölkə ərazisində tətbiq edilən karantin rejiminə əməl etməyərək, oğluna toy məclisi təşkil etməsi ilə bağlı məlumat yayılıb.
Publika.az Axar.az-a istinadla xəbər verir ki, məlumatda toy mərasiminin iyunun 13-də Qazaxda M.Alıyevin həyətində təşkil olunduğu bildirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov saytımıza açıqlamasında həmin toyun bir ay əvvəl keçirildiyini bildirib.
“Saytlar iddia edirlər ki, toy məclisi iyunun 13-də baş tutub. Halbuki, toy bir ay əvvəl olub”.
Ehsan Zahidov toy sahibinin karantin qaydalarını pozduğu üçün cərimə olunub-olunmaması ilə bağlı sualımızı isə cavabsız qoydu.
Qeyd edək ki, Məmməd Alıyevin yeni evlənən oğlu Elnur Alıyev bir neçə aydır Dəmir Yolu Nəqliyyatında Polis İdarəsində polis zabiti kimi işləməyə başlayıb.
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR