• USD 1,7000 0,00% EUR 2,0122 -0,28%
    • GBP 2,3617 -0,22% RUB 0,0233 0,00%

DSX-nin şəhid hərbi qulluqçusu dəfn edildi - FOTO

DSX-nin şəhid hərbi qulluqçusu dəfn edildi - FOTO

Dövlət Sərhəd Xidmətinin (DSX) yol qəzasında şəhid olan hərbi qulluqçusu - gizir Kamallı Kamal Vilayət oğlu dəfn edilib.

Publika.az Report-a istinadən xəbər verir ki, şəhid Şəki rayonunun Şəki kənd qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, iyun ayının 16-da saat 16:40 radələrində DSX-nin Sərhəd Qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində yol qəzası baş verib. Sərhəd-döyüş məntəqələrindən hərbi hissəyə geri qayıdarkən Laçın rayonunun Cicimli kəndi yaxınlığında “MAZ” markalı yük avtomobili idarəetmənin itirilməsi səbəbindən yol kənarındakı dərəyə düşüb.

Nəticədə avtomobildə olan hərbi qulluqçular - baş leytenant Nəsibov Elməddin Süleyman oğlu və gizir Kamallı Kamal Vilayət oğlu vəfat ediblər.

Hadisə ilə əlaqədar prokurorluq orqanlarının əməkdaşları ilə birlikdə ilkin araşdırma tədbirləri həyata keçirilir.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR