Kəlbəcərdə göldə boğulan hərbçinin meyiti tapıldı - (YENİLƏNDİ)
Bizi izləyin

Hadisə

Kəlbəcərdə göldə boğulan hərbçinin meyiti tapıldı - (YENİLƏNDİ)

Kəlbəcərdə göldə batan Azərbaycan Ordusunun hərbi qulluqçusunun meyiti tapılıb.

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən Kəlbəcər rayonu ərazisində Böyük Alagöl gölündə aparılan axtarış işləri başa çatıb.

Axtarışda olan 1981-ci il təvəllüdlü Fərzəliyev İlham Allahverdi oğlunun meyiti FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

xxx

09:45

Fövqəladə Hallar Nazirliyi dünən Kəlbəcərdə göldə boğulan hərbçinin axtarışına başlayıb.

Publika.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, "112" qaynar telefon xəttinə Kəlbəcər rayonu ərazisində Böyük Alagöl gölündə 1981-ci il təvəllüdlü Fərzəliyev İlham Allahverdi oğlunun batması barədə məlumat daxil olub. FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.Əlavə məlumat veriləcək.

Qeyd edək ki, Azərbaycan Ordusunun zabiti, Vətən Müharibəsi iştirakçısı kapitan İlham Fərzəliyev ötən gün Kəlbəcər rayonu ərazisində yerləşən Alagöldə çimərkən boğularaq ölüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm