Cəlilabad meşəsində baş vermiş yanğın söndürüldü - FOTO
Bizi izləyin

Hadisə

Cəlilabad meşəsində baş vermiş yanğın söndürüldü - FOTO

19 iyun 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Cəlilabad rayonunun Alaşar kəndi yaxınlığında mürəkkəb relyefə malik dağlıq və meşəlik ərazidə yanğın hadisəsinin baş verməsi barədə məlumat daxil olub.

Bu barədə Publika.az-a nazirlikdən məlumat verilib.

Bildirilirb ki, verilən məlumat əsasında görülmüş operativ tədbirlər sayəsində yanğın geniş əraziyə yayılmasının qarşısı alınaraq qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumilikdə dağlıq və meşəlik ərazidə 1 ha sahədə quru ot, kol-kos və qurumuş ağac budaqları yanıb.

Yanğın Fövqəladə Hallar Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qüvvələri, habelə yerli sakinlər və polis əməkdaşlarının birgə səyi ilə söndürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm