Samuxda müəllim İNTİHAR ETDİ
Bizi izləyin

Hadisə

Samuxda müəllim İNTİHAR ETDİ

Samux rayonunda intihar hadisəsi qeydə alınıb.

Publika.az xəbər verir ki, hadisə rayonun Nəbiağalı kəndində qeydə alınıb.

Kənd sakini, 1993-cü il təvəllüdlü Arzu Nazim qızı Məmmədova yaşadığı evin zirzəmisində özünü asaraq intihar edib.

Onun hansı səbəbdən intihar etdiyi məlum deyil.

Əslən Kəlbəcər rayonundan olan A.Məmmədovanın Kəlbəcər rayon 47 nömrəli tam orta məktəbin müəllimi olduğu bildirilir. A.Məmmədova bir neçə il öncə də intihara cəhd edib. Lakin, yaxınları tərəfindən xilas edilib.

Faktla bağlı Samux rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır. / "Report"

Oxumağa davam et
Reklam
Reklam

Gündəm