Bakıda yaşayış binasındakı yanğın söndürüldü - VİDEO - (YENİLƏNDİ)
Bizi izləyin

Hadisə

Bakıda yaşayış binasındakı yanğın söndürüldü - VİDEO - (YENİLƏNDİ)

Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi ünvanında çoxmərtəbəli yaşayış binasındakı yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində qısa müddət ərzində məhdudlaşdırılaraq saat 21:36-da söndürülüb.

Publika.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumat yayıb.

Əlavə məlumat veriləcək.

xxx

21:36

“112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi 41 ünvanında çoxmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsindəki mənzildə partlayışdan sonra yanğının baş verməso ilə bağlı məlumat daxil olub.

Publika.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumat yayıb.

Bildirilib ki, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri yanğın baş verdiyi ünvana cəlb olunub.

İlkin məlumata görə, həyata keçirilən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində təqribən 80 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm