Binəqədidə ağaclıq ərazisindəki yanğın söndürüldü - VİDEO - (YENİLƏNDİ)
Bizi izləyin

Hadisə

Binəqədidə ağaclıq ərazisindəki yanğın söndürüldü - VİDEO - (YENİLƏNDİ)

Xəbər verdiyimiz kimi, "112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonunda ağaclıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən Publika.az-a verilən məlumata görə, əraziyə dərhal Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Müki müdafiə qoşunlarının müvafiq qüvvələri cəlb olunub.

Həyata keçirilmiş operativ tədbirlər sayəsində yanğının daha geniş əraziyə yayılmasının və ətraf əraziyə vura biləcəyi böyük ziyanın qarşısı alınaraq qısa müddətdə söndürülməsi təmin edilib.

Yanğın nəticəsində 4 hektar sahədə quru ot, kol-kos, şam ağacları və quru ağac kötükləri yanıb. Sıx ağaclıq sahə, yaxınlıqdakı infrastruktur və ictimai-iaşə obyektləri yanğından mühafizə olunub.

xxx

18:05

Binəqədi rayonunda ağaclıq ərazidə yanğın olması barədə məlumat daxil olub.

Publika.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, məlumat daxil olduqdan dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının olduğu əraziyə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm