• USD 1,7000 0,00% EUR 2,0095 +0,14%
    • GBP 2,3585 +0,33% RUB 0,0231 0,00%

"Bakubus" avtobusları dəhşətli qəza törətdi - 7 NƏFƏR XƏSARƏT ALDI - FOTO/YENİLƏNDİ

  • Hadisə
  • 24 İyun 2021 15:47
  • 3 058 Baxış
"Bakubus" avtobusları dəhşətli qəza törətdi - 7 NƏFƏR XƏSARƏT ALDI - FOTO/YENİLƏNDİ

Bu gün saat 13:30 radələrində M.Useynov prospektində 5 və 125 nömrəli müntəzəm marşrut xətti üzrə iki sərnişin avtobusunun iştirakı ilə yol nəqliyyat hadisəsi baş verib.

Bu barədə Publika.az-a Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Məlumata görə, agentlik hadisəni dərhal nəzarətə götürüb və araşdırma aparır. Hər iki marşrut xətti üzrə daşıyıcı şirkət olan “BakuBus” MMC-dən izahat tələb olunub. Xoşbəxtlikdən qəza nəticəsində ölüm halı qeydə alınmayıb. Sərnişinlərdən 7 nəfər xəsarət alıb ki, onlara da ilkin tibbi yardım göstərilərək evə buraxılıb.

*****

13:49

Bu gün Bakı şəhəri Səbail rayonu ərazisində "Bakubus" MMC-yə məxsus marşrut avtobuslarınnı iştirakı ilə dəhşətli qəza baş verib.

Publika.az xəbər verir ki, "Dalğa Plaza"nın qarşısında avtobuslar bir birinə çırpılıb. Nəticədə bir neçə nəfər xəsarət alıb. Avtobuslara ciddi ziyan dəyib.

Hadisə yerindən görüntüləri təqdim edirik.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR