Qubada "Life Store" mağazası yandı - FOTO
Bizi izləyin

Hadisə

Qubada "Life Store" mağazası yandı - FOTO

Qubada "Life Store" mağazasının saxlanc yerində yanğın baş verib.

Publika.az Report-a istinadən xəbər verir ki, hadisə şəhərin M.P.Vaqif küçəsində qeydə alınıb.

Mağazanın saxlanc yerindən başlayan yanğının böyük əraziyə yayılmaması ilk öncə mağaza personalı tərəfindən alınıb. Daha sonra hadisə yerinə Quba Yanğından Mühafizə Xidmətinin 2 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub, yanğın söndürülüb.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm